Qatıq qablarının üzərindəki rəqəmlərin mənası nədir?

Mağazada satılan qatıqların üzərindəki üçbucaq işarələrin mənasını heç düşünmüsünüzmü? Bu üçbucaqların içindəki rəqəmlərin hər birinin ayrı-ayrılıqda mənası var.

O rəqəmlərin mənalarını təqdim edirik:

Qatıq qablarının üzərindəki rəqəmlərin əslində çox önəmli bir mənası var. Aldığınız qatıq qabının altında 5 rəqəmi varsa, rahatlıqla istifadə edə bilərsiniz. Yox, əgər rəqəm yoxdursa, sağlığınız təhlükə altındadır.

Related image

Həmin o rəqəmlərin mənaları…

Plastik qabda olan qatıqları almadan öncə qabın altındakı rəqəmi yoxlamalısınız. Üçbucağın içindəki rəqəm insan sağlığından xəbər verir. 5 rəqəmi şüşə qapaqlarına, butulkaya, qatıq qablarına vurulur və zərərsizdir. Qabın altında, ya kənarında oxla istiqamətləndirilmiş üçbucaq, geri işarəsidir və içində rəqəm olmalıdır. Aldığınız qabda üçbucağın içində işarə olmazsa, bir daha o firmanın məhsullarını almayın. Çünki sağlam qidaların üstündəki üçbucaqda mütləq 5 rəqəmi olmalıdır. Bu 5 rəqəmi plastik su qablarına da vurulur. Qabların üstündə3,6 və 7 rəqəmləri yazılıbsa, qətiyyən almayın, zərərlidir. Bu rəqəmlərin mənaları xərçəng xəstəliyi deməkdir. Üçbucağın içində 1PET ya PETE (politelin) suların üzərində varsa, istifadə oluna bilər və zərərsizdir. Oxla istiqamətlənmiş üçbucağın içində 2 və HDPE (çox politelin) yuyucu qablarında və süd şüşəsində olur, bunlar da zərərsiz sayılır. Qalın oxlu üçbucağın içində 3 rəqəmi : PVC (polivinil xlorid) streç falqa, xarici məkanda istifadə edilən əşyalar, plastik trubka, fon materialı, duş pərdələri, şəffaf və qabarıq plastik qablaşdırmalarda istifadə edilir və zərərlidir. Oxla istiqamətləndirilimiş üçbucağın içində 4 rəqəmi: LDPE (az politelin) quru təmizləmə, zibil torbalarında, yemək saxlama qablarında olur. ZƏRƏRSİZDİR! Oxla istiqamətlənmiş üçbucağın içində 5 rəqəmi: PP (poliproplen) şüşə qapaqlarda, içəcək vasitələrdə qatıq qablarına vurulur. Zərərsidir! Üçbucağın içində 6 rəqəmi: PS (polistiren) plastik qablara, marketdə satılan ətlərin altına qoyulan qablara, fast food yeməkləri qoyulan qablara vurulur. Zərərlidir! Qalın oxla isrtiqamətləndirilmiş üçbucağın içində 7 rəqəmi: qalan nə qədər istifadə olunacaq məhsullara vurulur, hər biri zərərlidir (atv.az)