Limonlu çay səhhət üçün təhlükəlidir

Londonun Krallıq kollecinin mütəxəssisləri bildiriblər ki, limonla çay kimi turş içkilər və aromatlaşdırılmış sular diş emalı üçün zərərlidir.

Alimlərin sözlərinə görə, bu cür içkilər turşuluqdan dişlərin eroziyası riskini artırır. Həmçini bu “təhlükəli” siyahıya meyvə suları, dietik içkilər və bol şəkər tərkibli içkilər də daxil edilib.

Dişlərin orta və güclü eroziyasına gündə iki dəfə qida qəbulu zamanı limon dilimi ilə su içən insanlar daha çox meyillidir.

“Əgər nahar zamanı çərəz kimi alma yesəniz, çalışın axşam vaxtı turş heç nə qəbul etməyəsiniz. Əgər axşam  bir qədəh şərab içsəniz, o zaman səhər meyvəli çay içməyin”, deyə tədqiqatçılar xəbər verir.

Onların sözünə görə, özünü təhlükəsizləşdirmək üçün rasionda olan içki və çərəzləri tarazlaşdırmaq lazımdır. (Oxu.az)

Tarix: / Foodinfo