Damarları təmizləyən qida vasitəsi

Sarımsaq damarları xolesteroldan təmizləyən ən effektli təbii vasitədir. Bunu onlarla müxtəlif ölk’lərdə aparılan elmi araşdırmalar təsdiq edib.

Xolesterol (yağa oxşayan maddə) damarların daxilində yığılaraq damarları zəif və kövrək edir, daraldır, trombların əmələ gəlməsinə səbəb olur. Nəticədə bu ürək xəstəliklərinə, infarkt və insulta gətirib çıxarda bilər.

Sarımsağın tərkibində olan nadir allisin maddəsi damarları xolesteroldan təmizləyir, onların sağlamlığını və cavanlığını qoruyur.

Rusiyalı fitoterapevt Konstantin Makarovun damarları xolesteroldan təmizləyən sarımsaqlı suyun reseptini  təqdim edir.

Tərkib:

– 1 iri baş sarımsaq

– 1 stəkan su

Hazırlanması:

Sarımsağı təmizləyin, əzin, üzərinə soyuq qaynanmış su tökün, 1 həftə sərin yerdə saxlayın (vaxtaşırı olaraq qarışdırın). 1 həftədən sonra məhlulu yaxşı süzün və sonra qapağı kip bağlı bankada soyuducuda saxlayın.

İstifadəsi:

Hər gün səhər 1 çay qaşığı için. Müalicə kursu – 1,5 ay. Daha sonra 1,5 ay fasilə verin və müalicəni təkrarlayın. Belə müalicə kurslarını daim etmək olar.

Sarımsaqlı su damarları təmizləməklə yanaşı, həmçinin, immun sistemini möhkəmləndirir, orqanizmdə iltihabı azaldır, qurdqovucu təsir edir, xərçəngdən qoruyur.

Diqqət! Mədə və 12 barmaq bağırsağı xorası, qastrit, öd daşı xəstəliyi, pankreatit zamanı sarımsaqlı suyun qəbulu qadağandır. (Saglamolun.az)