“Bravo”dan maraqlı aksiya

BRAVO-da 10-23 yanvar tarixlərində “Pasta və sous” günləri keçirilir. İtalyansayağı spagettinin hazırlanması üçün lazım olan ərzaqlar:
– 1 paket pasta
– 5 diş sarımsaq
– 1 acı bibər
– 1 çay qaşığı quru reyhan
– 4 ədəd qabıqları soyulmuş doğranmış pomidor
– Duz
– İstiot
Hazırlanma qaydası: Bir tavada zeytun yağı ilə sarımsaqları qovurun, üzərinə acı bibəri doğrayın, reyhanı əlavə edin, bir-iki dəqiqə qovurduqdan sonra pomidorları əlavə edib bişirin. Zövqünüzə görə duz əlavə edin. Ayrı bir qazanda duzlu su qaynadıb içinə pastanı qoyun. 5 dəqiqə bişəndə süzün. Süzdüyünüz pastanı pomidor sousuna əlavə edin və 3 dəqiqə daha bişirin. Spagettiniz hazırdır, nuş olsun!