Marketə ödəniləcək məbləğin nə qədəri geri qaytarılacaq?

Fins.az-ın məlumatına görə, Vergi Məcəlləsində ediləcək dəyişikliklərə əsasən, ticarət və iaşə obyektlərinə -marketə və ya restorana  ödəniləcək məbləğin ƏDV-sinin bir hissəsi- 10-15%-inin vətəndaşa qaytarılacaq.Yəqin ki, çoxlarını maraqlandırır ki, güzəşt nə qədərdir?.İqtisadçı-ekspert Rauf Qarayev vergi məcəlləsində edilmiş müvafiq dəyişikliyə aydınlıq gətirərək bildirib ki, “Çox vaxt bir çox insanlar elə bilir ki, 10 faiz nağd şəkildə ödədiyi malın pulu geri qaytarılır. Bu əsla belə deyil. Siz 100 manatlıq mal alırsız. Həmin mal ƏDV-yə cəlb edildikdə 18 faiz, sadələşmiş vergiyə cəlb edildikdə 2 faiz məbləğdən 10 faiz geri qaytarılır. 100 manat x 18% =18 manat. 18 manatın x 10%  = 1 manat 80 qəpik edir. Bu 1 manat 80 qəpik sizə qaytarılacaq. Əgər mal sadələşmiş vergiyə cəlb edilirsə bu halda 100 x 2 % = 2 manat x 10 % = 0.20 yəni 20 qəpik sizə qaytarılacaq. Nağdsız şəkildə 15 faiz. Qaytarılma mexanizmi nağd yox, nağdsız şəkildə həyata keçiriləcək. Onun üçün əhalinin kart olmalıdır ki, güzəşt ora oturulsun”

Tarix: / Foodinfo