“Binə Aqro” vakansiya elan edib

“Binə Aqro” MMC baş anbardar vəzifəsi üzrə vakansiya elan edib. Foodinfo.az iş haqqında məlumati təqdim edir:

İş haqqında
• Şirkətin adı: “Binə Aqro” MMC
• İş yeri: Bakı, Binə qəs. Südçülük sovxozu
• İş rejimi: 6 gün
• İş vaxtı: 09:00 – 18:00
• Əmək haqqı: 800 – 1200 m
• Sosial paket: Service (Əzizbəyov metrosu – Binə qəs.), Günorta yeməyi, Telefon nömrəsi

Vəzifə öhdəlikləri:
• Bütün avadanlıqların və qurğuların təhlükəsizliyini anbar ilə əlaqədar siyasət və prosedurlara uyğun olmasını təmin etmək;
• Saxlama, yükləmə və boşaltma ilə əlaqədar üsulları və tələbləri, eləcə də maliyyə nəticələrinə təsir edə biləcək mallara dair texniki məlumatları araşdırmaq;
• Daşınan yükün qeydiyyat sənədlərini yoxlamaq və düzgün olmasını təsdiq etmək, yüklərdəki çatışmazlıqlar və artıq çəki ilə əlaqədar yaranan məsələləri cavablandırmaq, eləcə də ehtiyatların vəziyyətinə nəzarət ilə əlaqədar yaranan problemləri həll etmək;
• İSO standartlarının tələblərini bilmək və məhsulların saxlanma yerlərini standartlara uyğunlaşdırmaq;
• Ehtiyatların səviyyəsinə dair gündəlik inzibati aktlar, istehsal və keyfiyyət ilə bağlı nəticələr, işlərin vəziyyəti, eləcə də büdcə və ya xərclər barədə hesabatlar hazırlamaq, rəhbərliyə təqdim etmək;
• Anbarda aparılan əməliyyatların idarə edilməsinin səmərəli və məhsuldarlığı ilə əlaqədar təşkilati siyasət və prosedurlar təyin etmək;
• Əmək məhsuldarlığını artırmaq, işdə yüksək keyfiyyət göstəricilərinə nail olmaq;
• Kommersiya sirlərini qorumaq;

Tələblər:
• Təhsil: Ali (bakalavr)
• İş təcrübəsi: Minimum 3 il
• Yaş həddi: 25 – 40
• Üstünlüklər: Türk – əla, Rus – danışıq yaxşı, İngilis dili orta səviyyə, Sertifikat (İSO 9001,İSO 22000/Global Gap)
• Komputer bacarığı: Microsoft Office proqramları
• Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
• Komandada işləmək bacarığı.

Uyğun və maraqlanan şəxslər bizimlə əlaqə saxlaya bilər.
İnsan Resursları şöbəsi: 050-251-08-28
E-mail: vusal.hasanov@bineaqro.az

Tarix: / Foodinfo