Yeyilən örtük satışa çıxarılıb

Amerika supermarketlərində qidanın istifadə müddətini iki dəfə artıran örtüklərdən istifadə edilməyə başlayıb. “Apeel Sciences” şirkəti tərəfindən istehsal edilən nazik, şəffaf örtük su buxarlanmasını önləyir, qida ilə oksigenin reaksiyasının qarşısını alır və qidanı qoruyur.

Bundan başqa, örtük özü də meyvə və tərəvəzdən hazırlandığı üçün yeməlidir.

İstehsalçılar BMT-nin statistikasına istinadla bildirirlər ki, istehsal edilən bütün ərzaqların 1\3–i, yəni 2.6 trilyon dollarlıq məhsul öz keyfiyyətini itirir. Çürüyən qidaların metan emissiyaları isə atmosferə zərər verir. (Sputnik.az)

Tarix: / Foodinfo