Qida bişəndən 4 saat sonra qidalandırma dəyərini itirir

Bütün xəstəliklərin səbəbi ağlın xətalı fikirlərə uymasındandır.

Bu, hər səviyyədə-birbaşa (nitq, ağıl və ya fiziki bədən), bəzən isə dolayı yolla təsir edir. Hisslərin uyğun olmayan obyektlə birləşməsi-diqqətsiz şəkildə qida qəbulu və ya həyat tərzi, fəsil dəyişikliyi, bioloji ritmə riayət etməməklə ola bilər. Hiss orqanları ilə doğru olmayan kontakt və ya ifrat istifadəyə misal olaraq bunları göstərmək olar: Yüksək səsli mühitdə uzun zaman olmaq, bu səsdən zövq almaq zehni və bədəni gərginləşdirir. Bunun da nəticəsində qulaqların tutulması prosesi baş verir, davamlı şəkildə olanda isə hətta eşitmənin tam itirilməsinə-karlığa yol açır.

Hissin özü və ya onun obyekti həzmin və ya ağrının səbəbi deyil, əsl həqiqət hissi ilə obyektin kontaktındadır.

Bizə faydalı olanları deyil, sadəcə, ağız dadımız zövq alan qidaları yedikdə, ələlxüsus da bu həddi çox aşanda zərərləri qaçılmaz olur.

Yüksək texnologiyalı dünyamız bizi güclü ətraf faktorlara məruz qoyur. Balanslaşmamış qida, çevrənin kirliliyi, kimyəvi, radioaktivlik təsirlər, elektromaqnit dalğaları, səs, işıqlandırma, həddən çox aktivlik, dərman preparatlarının yan təsirləri, yüksək sürət, bunlar da öz növbəsində zehinin balansını pozaraq xəstəliyə səbəb olur.

Xəstəliyin ən önəmli səbəbi isə qidalanma tərzi ilə bağlıdır. Bunun önəmini hər zaman vurğulamaq vacibdir. Həmişə də pasiyentlərimə izah etdiyim kimi, qida bizim enerji aldığımız ən önəmli vasitədir. Qida fiziki bədənimizi qidalandırır. Ancaq onun işi bununla bitmir. İstənilən qida həm fiziki, həm də enerji informasiya effektinə sahibdir. Qida, sadəcə, fiziki bədənimizə deyil, psixologiyamıza da təsir edir.

Dərketmə qabiliyyətimiz qidanın keyfiyyətindən asılıdır. Əgər biz qidalanmamızı, dietamızı dəyişmiriksə,o zaman dərrakəmiz də dəyişməyəcək. Fərqli qidaların bizə necə təsir etdiyini görmək çox çətin deyil. Ağır qidalar, məsələn, bifşteks şüuru ağırlaşdırır və gərginlik, halsızlıq, depressiya yaradır. Yüngül qidalar-meyvə tərəvəz şüuru, zehni təzələyir. Amma onların da ifratı zəka geriliyinə, yuxusuzluğa yol açır. Ağır qida qəbulu zamanı qan dövranı orqanizmin aşağı hissələrində daha çox gücləndiyindən beyin qan dövranı zəifləyir. Ağır qidadan sonra yuxululuq halı bunun sübutudur. Ağır qidaların həzm olunması üçün çox enerji xərcləmək lazımdır.

Balanslaşdırılmış qida yaşam gücü ilə zəngindir. Tam taxıl, yəni dənli bitkilər, düzgün hazırlanmış tərəvəz yeməkləri, təzə bişirilmiş yeməklər, üstəlik də onların bizə doğma insan tərəfindən bişirilməsi (yəqin ki, hər birimiz nənə və ya anamızın bişirdiyi şirniyyatı, hansısa yeməyi sevgi ilə xatırlayırıq) hiss orqanlarının işini yaxşılaşdırır. Bu da zehinin aydınlığına və harmoniyaya səbəb olur.

Yeməklərin təzə bişmiş olmasını ona görə qeyd edirəm ki, qida bişəndən 4 saat sonra qidalandırma dəyərini itirir…

Əgər biz həqiqətən emosional sakitlik, yüksək dərketmə və sağlamlıq istəyiriksə, o zaman qətiyyən qidanın və alışqanlıqlarımızın bizdə yaratdığı təsiri kiçiltməməliyik.

Qədim təbiblərdən Çaraka deyirdi: “Balanslaşdırılmış qida-sağlamlığın əsas faktorudur, xəstəliyin əsas faktoru isə-düzgün qidalanmama alışqanlığıdır. Müdrik hər zaman xəstələnməmək üçün zərərli qidalanmadan qaçıb, başqasını günahlandırmayan, bu zərərli təsirin qurbanı olsa belə, xəstəliyin yaranmasının önünə keçməklə bunu heç bir insanın gücü daxilində olmadığını biləndir”.

Arzu Yusifova – Hepatoloq-qastroenteroloq
(e-tibb.az)

Tarix: / Foodinfo