Körpəyə çeynəməyi nə vaxt öyrətmək lazımdır?

Foodinfo.az vacib məsləhəti təqdim edir.İnsanın sağlamlığı yemək qaydasını bilmək, tələsmədən, acgözlüklə deyil, iştahla yeməkdən aslıdır. Unutmayın ki, çox çeynəyən çox yaşayar.

İndi də gələk balacalara: Körpəyə çeynəməyi bir yaşı olmamış öyrətmək lazımdır. Uşaq 6-7 ayına qədər yaxşı əzilmiş qida almalıdır. Sonradan tədricən qidanı qatılaşdırıb vermək lazımdır. İlk dişlər çıxan kimi tərəvəzi artıq əzmədən yedirtmək zəruridir. Ət püresini ilk günlər tərəvəzlə qarışdırıb vermək, sonra isə ayrıca tərəvəzsiz vermək məsləhətdir. Çörəyi, peçenyeni, suxarini uşağa bütöv vermək məsləhətdir. O, bunları ağzında xırdalayaraq çeynəməyi öyrənəcək.

Hazırladı: Ülkər/Foodinfo.az