Rusiyaya məhsul ixrac etmək istəyən həmyerlilərimizə – TÖVSİYYƏLƏR

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli Rusiyaya məhsul ixrac etmək istəyən həmyerlilərimizə tövsiyyələr verib. Foodinfo.az xəbər verir ki, ekspert aşağıdakıları bildirib:

1. Bu il ənənəvi bazarımız olan Rusiya bazarlarında pomidor, nar, xiyar, xurma və armuda böyük təlabat var;
2. Rusiya bazarı artıq əvvəlki bazar deyil, keyfiyyət göstəricilərinə nəzarət çox ciddidir: əzik, ləkəli malı qəbul etmirlər, kal yığılmış məhsulun yetişmə dərəcəsi əvvəlcədən müəyyən olunur, o yetişmə dərəcəsinə uyğun bazara buraxılır;
3. Qablaşdırma çox vacibdir: standart qablaşdırma olmalıdır, ekoloji təmiz məhsullardan istifadə olunmalıdır, plastikdən hazırlanmış qablar məsləhət deyil, əsas odur ki, qab məhsulu zədə lə mə məli, daşınma risklərinə qarşı qorumalıdır;
4. İxracla məşğul olan dövlət və özəl qurumlarla məsləhətləşmələr aparılaraq işə başlamaq daha yaxşı olar.

Tarix: / Foodinfo