Lənkəranda bayram yarmarkası – Fotolar

Dekabrın 25-də Lənkəran rayonunun Velədi kəndi ərazisindəki meyvə bazarında Yeni il və Dünya Azərbaycanlılarının Həmirəylik Günü ilə əlaqədar ərzaq və yeyinti məhsullarının satış yarmarkası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə təşkil olunan yarmarkada satıcı və alıcılar üçün lazımi şərait yaradılıb. Bayram yarmarkasında respublikanın ayrı-ayrı rayonlarından 40-dək şirkət və yerli fermer təsərrüfatları iştirak edib. Səhər saatlarından başlayan yarmarkaya əhalinin təlabatına müvafiq olaraq 45 tondan artıq müxtəlif çeşidli məhsullar, sitrus və digər meyvələr çıxarılıb. Ekoloji cəhətdən təmizliyi ilə seçilən məhsulların qiymətlərinin bazar qiymətindən 20-25 faiz aşağı olması alıcılar tərəfindən razılıqla qarşılanıb.

Əlaqədar rəsmi şəxslər yarmarkaya baş çəkərək məhsulların keyfiyyəti və qiymətləri ilə maraqlanıblar.