“Yeni il hədiyyəsi alarkən diqqətli olun” – Agentlikdən əhaliyə xəbərdarlıq

“Yeni il üçün hazırlanan hədiyyə qutularının üzərində qeyd olunan istehsal tarixi qutunun içərisinə yerləşdirilən qida məhsullarına aid deyil”.

Foodinfo.az məlumat verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyindən bildirilib. Həmçinin qeyd olunub ki, “istehlakçilar ilk növbədə hədiyyə alarkən qida məhsulunun çeşidindən asılı olaraq onun istehsal tarixi, adı, əmtəə nişanı, istehsalçı müəssisənin adı, ünvanı, xalis çəkisi, qida dəyərliliyi və s. kimi məlumatlara diqqət yetirməsi tövsiyə olunur”. Indiyədək Yeni il hədiyyələri ilə bağlı Agentliyə hər hansı şikayət və ya müraciət daxil olmayıb: “Əgər vətəndaşlarda hədiyyə qutularında istifadə olunan qida məhsullarının tərkibi, istifadə müddəti, saxlanma şəraiti ilə bağlı şübhələr yaransa, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin 1003 Çağrı Mərkəzinə məlumat vermələri xahiş olunur”.

Tarix: / Foodinfo