“Sağlam qida əsas məsələ olmalıdır” – AQTA sədri

““Yaşıl dəhliz” sistemi qida məhsullarının idxal və ixrac prosesində sahibkarlara dəstək olacaq və şəffaflıq prinsipinin gözlənilməsinə ciddi zəmin yaradacaq”.
Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Yaşıl Dəhliz” buraxılş sisteminin tətbiqi ilə bağlı keçirilən forumda çıxışı zamanı deyib. Q.Təhməzli qeyd edib ki, idxal-ixrac əməliyyatlarında qida təhlükəsizliyinə nəzarətdə rəhbərlik etdiyi qurum da iştirak edir:

“Bu işdə bizə Gömrük Komitəsi yaxından kömək edir. Prezident İlham Əliyev də çıxışlarında hər zaman vurğulayıb ki, qida məhsullarına nisbətdə insanların saglamlığı məsələsi hər zaman üstünlük təşkil etməlidir. Qida sektorunda çalışan sahibkarlıq strukturlarına deyirəm ki, bu sahədə keçirilən islahatlardan düzgün yararlanmaq lazımdır. Sizin üçün sağlam qida məsələsi ən əsas məsələ olmalıdır”.

Azvision.az

Tarix: / Foodinfo