GMO məhsulların ekspertizası necə aparılır? – Jurnalistlər cənub bölgəsində

Dekabrın 21-də Azərbaycan Qida Təhlükəsizlik Agentliyinin cənub bölgəsinə təşkil etdiyi media-tur çərçivəsində jurnalistlər qurumun cənub bölgəsindəki fəaliyyəti ilə yaxından tanış olublar.
Teleqraf. com xəbər verir ki, 2 gün davam edən media-tur zamanı jurnalistlər bir neçə istehsal müəssisəsində məhsullardan nümunələrin götürülməsi və laboratoriyada ekspertizasının aparılması prosesini izləyiblər.
İlk olaraq Lənkəran şəhərində yerləşən pomidor istixanasından nümünələr götürülüb və jurnalistlərin müşayiəti ilə analiz üçün laboratoriyaya aparılıb.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev qida məhsullarından götürülən nümunələrin məxfiliyinin qorunması məqsədi ilə onların kodlaşdırıldığını və laborator analizlər aparılması üçün müayinələrə cəlb edildiyini deyib.
Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində Qida Təhlükəsizliyi İnstitunun Keyfiyyətin qiymətləndirilməsi şöbəsinin müdiri İlahə Əliyeva laboratoriyanın fəaliyyət istiqamətləri barədə məlumat verib.
Məlum olub ki, Lənkəran Regional Sınaq Laboratoriyasının təyinatı üç istiqamət üzrə qurulub:
Heyvan mənşəli xəstəliklərin ekspertizası; bitki mənşəli xəstəliklərin ekspertizası; bütün növ qida məhsullarında təhlükəsizlik və keyfiyyət göstəricilərinin ekspertizası.
Laboratoriyada 27 laborator baxış otağı var. Burada gündəlik 300 sınaq aparmaq mümkündür.
Həmçinin laboratoriyanın kimyəvi və bioloji tullantıların zərərsizləşdirilməsi, insinerator, soyuducu kamera və vivarium kimi yardımçı tikililəri mövcuddur.
Kimyəvi və bioloji tullantıların zərərsizləşdirilməsi otağında kimyəvi tullantıların neytrallaşdırması, o cümlədən bioloji tullantıların zərərsizləşdirilməsi həyata keçirilir. Proses ozonlaşdırma texnologiyası əsasında aparılır.
Patoloji materialın və heyvan qalıqlarının məhv edilməsi insinerator qurğusunda həyata keçirilir. Vivarium otağında isə sınaq üçün nəzərdə tutulmuş təcrübə heyvanları saxlanılır.
Kimyəvi və bioloji tullantıların zərərsizləşdirilməsi otağında kimyəvi tullantıların neytrallaşdırması, o cümlədən bioloji tullantıların zərərsizləşdirilməsi həyata keçirilir. Proses ozonlaşdırma texnologiyası əsasında aparılır.
Patoloji materialın və heyvan qalıqlarının məhv edilməsi insinerator qurğusunda həyata keçirilir. Vivarium otağında isə sınaq üçün nəzərdə tutulmuş təcrübə heyvanları saxlanılır.
Qəbul edilmiş nümunələr Toksikologiya, Fiziki-kimyəvi müayinələr, Molekulyar biologiya və GMO-nun təyini, Virusologiya, Karantin ekspertizası şöbələrində tədqiq edilir. Laboratoriya bioloji təhlükəsizlik standartlarının təmin edilməsi məqsədilə lazımi avadanlıqlar ilə təchiz edilib.
Qeyd olunan müayinələr Qida Təhlükəsizliyi İnstitutunda intensiv təlimlərə cəlb edilmiş və təlimləri uğurla tamamlamış 18 nəfərlik işçi heyəti tərəfindən aparılır.

Tarix: / Foodinfo