Bircə günə qripdən qurtulun

Artıq payızdır, havalar soyuyub. Belə havalarda isə immunitet sistemi zəif olan şəxslər dərhal xəstələnirlər. Amma  sizə bircə günə qripdən qurtulub ayağa qalxa bilməniz üçün faydalı içkilərin reseptini veririk.

1. Limon detoksu:

1 ədəd limon

1 ədəd portağal

1 ədəd xiyar

Təzə nanə

1 litr su

Hazırlanması:

Qrafinə bir litr su tökün, içinə ərzaqları doğrayıb soyuducuya qoyun. 1 gün saxladıqdan sonra günortalar için.

2. Qrip detoksu:

1 ədəd portağal

1 ədəd limon
1 ədəd zəncəfil
1 ədəd çubuq darçın

1 ədəd alma

1 litr su

Nanə

Hazırlanması:
Bütün vəsaitləri əvvəlcə qaynadın, sonra soyudun. Soyuduqdan sonra günortalar içə bilərsiniz.

3. Zəncəfilli detoks:

Bir kiçik zəncəfil

1 yarım portağal

1 yarım kivi

1 yarım naringi
1 yemək qaşığı yarım limon suyu

1 dəstə cəfəri

Hazırlanması:

Bütün vəsaitləri mətbəx robotundan keçirib yeməklərdən əvvəl içə bilərsiniz.

Mənbə: Ailem.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.