Zərərli və xeyirli meyvə-tərəvəzlər

Bir sıra meyvə, giləmeyvə və tərəvəzlərin tərkibi yoxlanılaraq onların hansının insan orqanizminə daha çox zərərli olduğu müəyyən edilib.

Alimlərin apardığı tədqiqatlara əsasən ətirli çiyələk özünün bir sıra faydalı xüsusiyyətləri ilə yanaşı, pestisidlərlə də zəngindir. Tərkibində olan zərərli maddələrin miqdarına görə çiyələk ən təhlükəli giləmeyvə hesab edilib.

Sonrakı yerlərdə ispanaq və alma gəlir. Armud, şaftalı, üzüm, kərəviz və albalının da orqanizm üçün zərərli təsirləri olduğu müəyyən olunub.

Kartof, şirin bibər, pomidor, ananas, avokado, kivi, qreypfrut, papayya, soğan, gül kələm, badımcan və qulançar daha az zərərli hesab edilir.

Tarix: / Foodinfo