İslamda düzgün qidalanma

İnsan həqiqətən fövqəladə bir varlıqdır. O təbiətin qayda və sirlərini kəşf edə bilər, bu mövzularda düşünməklə, bilinməyənləri kəşf edib sirlərini aşkarlaya bilər.
İslam dininin yaranması və vəhy ayələrin son İlahi elçisi Hz.Məhəmməd Mustafaya (s) nazil olması ilə insan, həyatını inkişafa və kamala çatdıracaq həyati və yeni qanunlarla dost olub.
İnsanın inkişafı və kamala çatması məqsədi ilə uca Allah, insan üçün bir sıra vəzifələr təyin edib. Bu məzmunda Allah-təala insan üçün bəzi vəzifələri əmr edərək, bəzi hərəkətlərdən məhrum edir. Şübhəsiz İlahi əhkamda insan üçün bir sıra faydası olan incə və zərif hikmətlər gizlidir. Təbii ki, əgər insan bu əmrlərin sərhədini gözardı etsə, zərər görər. Necə ki, Hz.Adəm və Həvvanın hekayəsində də belə olub.

Hz. Adəm və Həvvanın həyat hekayəsindən bir çox dərslər alına bilər. Uca Allah insanı yaratdı və mələklərə ona səcdə etməsi əmr edildi. Bu mövzu insanın, varlıq aləmindəki kəraməti və mövqeyinin ucalığını bildirir. Lakin nə oldu ki, Hz.Adəm və Həvva sahib olduğu uca mövqelərinə qarşı cənnətdən çıxarılıb yer üzünə göndərildilər?
Hz. Adəmin və daha doğrusu insanın ilk günahı, uca Allahın qadağan etdiyi meyvədən yeməsidir. Adəm və Həvva, Şeytanın vəsvəsələri ilə Allah-təala tərəfindən qadağan edilən meyvəni yedilər. Buna görə əməllərinin pis nəticələrinə dözmək məcburiyyətində qaldılar. Qadağan edilmiş meyvədən yemək, onları bəzi mənəvi cəhətlərindən məhrum etdi və yer üzündə yaşamağa dözmək məcburiyyətində qaldılar. Başqa bir ifadə ilə Hz.Adəm və Həvva qadağan edilmiş meyvəni yeyəndən sonra köhnə mövqelərini itirdilər və etmiş olduqları üsyana görə böyük zərərə uğradılar.
İfadə etdiyimiz kimi İlahi məhrum edilənlər daxilində, insan bəzi hərəkətlərdən və davranışlardan daşınmağa çağırılmışdır. Bunlardan biri haram yeməkdən çəkinməkdir. Bu mövzu İslamda böyük əhəmiyyət daşıyır. İslamın dünyagörüşünə gör,ə haram yeməkləri yemək, insanın ruhuna mənfi təsir edir.
Haram və halal olaraq təyin olunan zərərli və faydalı yeməklər və içkilər, İslam dini təlimlərinin əhəmiyyətli hissəsini əmələ gətirir.

Bilindiyi kimi yemək, canlı varlıqların həyatlarını davam etdirmək üçün lazımlıdır. Uca Allah Qurani-Kərimdə insanları halal və pak yeməklər yeməyə dəvət edir. Necə ki, “Maidə” surəsinin 88-ci ayəsinin bir hissəsində belə deyilir: “Allahın sizə ruzi olaraq verdiklərindən halal, yaxşı və təmiz olaraq yeyin.”

İslam dini, halal və haram yeməklərdə, ümumi mövzularla kifayətlənmir. Bir çox ayə və rəvayətdə açıq və diqqətə çarpacaq bəzi yeməklər haram və qadağan olaraq açıqlanır. Uca Allah aralarında donuz da olmaqla, bəzi heyvanların ətinin haram olduğunu qeyd edir. Ölü heyvanlar, quşlar və yırtıcı heyvanların əti haramdır. Həmçinin əti halal olan heyvanların qanı, haramdır. Bitkilər arasında isə insanın ölümünə səbəb olan zəhərli bitkilərin yeyilməsi qadağan edilir. Spirt və sərxoşluğa səbəb olan içkilərin içməsi də qadağan edilir.

Tarix: / Foodinfo