AQTA sədri USAID-in nümayəndə heyəti ilə görüşüb

Qida Təhlükəsizliyi Agentliyinin Sədri Qoşqar Təhməzli Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) nümayəndə heyəti ilə görüşüb. Agentlikdən Foodinfo.az-a verilən məlumatına görə, görüşdə USAID-in Azərbaycan üzrə yeni missiya direktoru Caydev Sinqx, İdarəçilik və iqtisadi dayanıqlılıq ofisinin direktoru Aylin Loules iştirak edib.

Görüşdə Qida Təhlükəsizliyi Agentliyinin Sədri nümayəndə heyətinə Agentliyin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Həmçinin, tərəflər gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə qida təhlükəsizliyi sahəsində həyata keçirilən islahatlar barədə danışan Qoşqar Təhməzli bu fəaliyyətin daha da genişləndirilməsi məqsədi ilə hər iki qurumun insan resurslarının inkişafı istiqamətində birgə təlimlər təşkil etməsinin önəmini vurğulayıb.

Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan üzrə missiya direktoru Caydev Sinqx təhlükəsiz qida istehsalı və ixracın təşviq edilməsi istiqamətində Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb. Tərəflər bu istiqamətdə əməkdaşlığın bundan sonra daha da genişləndiriləcəyinə əminlik ifadə ediblər.

 

Tarix: / Foodinfo