Təbii bal: kənddən birbaşa evinizə – FOTO

Təbii balın faydaları barədə yüzlərlə informasiya var. Balın hər bir dərdin dərmanı olduğu bəllidir. Amma təbii və təmiz bal axtarışı hər zaman cəmiyyətin seçimində önəmli mövqedə olub. İndi dükanlarda, ayrı-ayrı şəxslərdən bal almaq mümkündür.

Həsən Həsənzadə isə bu işi həm sevdiyi, həm də insanlara təbii bal çatdırmaq istəyi ilə görür. Həsən deyir ki, rayonlara gedəndə ev üçün bal alırmış. Bir neçə dəfə aldığl balı dostları ilə bölüşəndə çox bəyəniblər. “Düşündüm ki, gedib yerində görmüşəm, təbii olduğuna əminəm. Niyə də dostlara bunu təklif etməyim? Beləcə Qax, İsmayıllı və Cəlilabadın dağ kəndlərində olan arıçılardan topdan qiymətə bal və arı məhsulları alıram. Cüzi yol xərci və az qazanc əlavə etməklə satıram. Əsasən dostlar alır.”

Həsən deyir ki, bu günə qədər baldan şikayət edən olmayıb. “Bir dəfə alan ikinci, üçüncü dəfə istəyir. Hələ özləri sosial şəbəkələrdə bunu paylaşaraq digər dostlarına da təklif edirlər. Beləcə biz də təbii balı insanlara çatdırırıq.”

Həsən Həsənzadə deyir ki, topdan bal almaq istəyənlər üçün endirim də edə bilir, həmçinin balı ünvana da çatdırır. “Bəzən insanların vaxtı olmur ki, bazara getsin, ya harasa çıxıb məhsul alsın. Mən balı özüm də ünvana çatdırıram. Həmçinin topdan istəyən olanda arıçılarda danışıram ki, endirim etsinlər. Beləcə həm müştərilər, həm də satan razı qalır.”

Həsən arzu edir ki, bu işi genişləndirsin. “İstərdim ki, bu işi genişləndirim. Çünki insanların sağlamlığı ən önəmli məsələdir. Bilmək olmaz bəlkə gələcəkdə Azərbaycan balını dünya bazarına da çıxardaram.”

Həsən deyir ki, balların qiyməti o qədər də baha deyil. “Qax balının bir kiloqramını 35 manata satıram. İsmayıllı və Cəlilabad balı isə 30 manatdır. Bundan başqa arzu edənlər üçün digər arı məhsulları da gətirirəm. Bura arı südü, propolis və.s daxildir.”

Qeyd: Bal sifariş etmək üçün əlaqə nömrəsi: 050 514 14 00

Tarix: / Foodinfo