Culfada seminar olub

NUHÇIXAN xəbər verir ki, Culfa rayonunda “Torpaqların məhsuldarlığının yüksəldilməsində qida maddələri balansının artırılmasının və aqrotexniki tədbirlərin rolu” mövzusunda seminar keçirilib.

Seminarda Culfa rayon İcra hakimiyyəti başçısının müavini Vüsal Məmmədzadə seminarın vacibliyini qeyd edib. Bildirib ki, Culfa rayonunda əhalinin 70 faizindən çoxu kənddə yaşayır və kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olur. Bu il rayonda ümumi əkin dövriyyəsi 7718 hektar təşkil edib. Bunun da 6116 hektarı taxıl olub.

Daha sonra Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı nazirinin müavini Fikrət Həsənov torpağın münbitliyinin artırılması yolları barədə və samanın  gübrə kimi istifadə olunması qaydaları haqqında  tədbir iştirakçılarına ətraflı  məlumat verib.  Sonra çıxışlar dinlənilib.

Tədbir iştirakçılarının sualları cavablandırılıb və yaddaş kitabçaları paylanılıb.