Qida Təhlükəsizliyi İnstitutunda VAKANSİYA!

20 dekabr 2018-ci il tarixdə saat 13:00-da Şamaxı şəhəri Heydər Əliyev Mərkəzində Şamaxı, Ağsu, Göyçay, Kürdəmir və İsmayıllı rayonlarından Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İnstitutuna işləmək üçün müraciət edən iddiaçılarla Agentliyin rəhbərliyi görüş keçirəcəkdir.

Aşağıda qeyd olunan ixtisaslar üzrə ali təhsili olan vətəndaşlar Azərbaycan dilində tərtib olunmuş öz şəxsi işləri (şəkilli) ilə müraciət edə bilərlər:

1. Hüquqşunaslıq
2. İqtisadiyyat
3. Əmtəəşünaslıq
4. Qida mühəndisi
5. Genetika
6. Tibbi profilaktika
7. Fitosanitariya
8. Aqronomluq
9. Baytarlıq
10. Kimya
11. Biokimya
12. Biologiya
13. Mikrobiologiya
14. İstehlak mallarının ekspertizası

Əlavə məlumat almaq üçün (+994 12) 565-12-82 (daxili – 155) və ya (+994 55) 450 10 00 (Tural Əlizadə) əlaqə nömrələrinə zəng edə bilərsiz.

Tarix: / Foodinfo