Veysəloğlu Şirkətlər Qrupu vakansiya elan edib

Veysəloğlu Şirkətlər Qrupu vakansiya elan edir! Foodinfo.az xəbər verir ki, iş aşağıdakı kimidir:

Vəzifə: Böyük merçendayzer
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi
Yaş həddi: 20-40 yaş
Təhsil: Ali təhsil

İşin Təsviri: Tabeliyindəki merçendayzerlərin fəaliyyətlərinə nəzarət etmək, yaranan problemlərin həllini koordinasiya etmək.
Vəzifə öhdəlikləri: 
– Mağazalar və digər satış nöqtələrinə çatdırılmış məhsulların müqavilədə göstərilən şərtlərə əsasən sərgilənməsini, vitrin, soyuducu, rəfbaşı və teşirlərdə sərgilənməsini təmin etmək;
– Məhsulların yerləşdiyi rəflər və digər inventarların üzərinə şelftolker və voblerlərin vurulması üçün lazımi avadanlıqlarla təmin olunma barədə şirkətin müvafiq əməkdaşlarına məlumat vermək;
– Satışların artırılması üçün öhdəliyində olan mağazalar və satış nöqtələrinin rəhbərliyinə təkliflər vermək, ehtiyac olduqda müştəri ilə birbaşa rəhbərini əlaqələndirmək;
– Tövsiyə rəf qiymətlərinin məhsulların üzərində, görünən yerdə və düzgün şəkildə əks olunmasına, məhsulların rəflərə, vitrinlərə, soyuduculara və digər inventarlara müəyyən edilmiş planoqram əsasında yığılmasına nəzarət etmək;
– Məhsulların planoqram qaydalarına və müqavilə şərtlərinə əsasən düzülüşü zamanı yaranan problemləri həll etmək, problemlərin həllində birbaşa rəhbəri və ehtiyac olduqda şirkətin digər əməkdaşlarından yardım istəmək;
– Tabeliyində olan işçilərə ümumi qaydaları və tapşırıqları aşılamaq, təqib etmək, işin gedişatında yaranan problemlərin həllində müvafiq addımlar atmaq;
– Tabeliyində olan işçiləri nizam-intizam qaydaları, iş vaxtı, geyim proseduru və s. təlimatlarla tanış etmək, təlimatlara əməl edilməsinə nəzarət etmək, boşluqlar aşkar etdikdə yenidən təlimatlandırmaq;
– Ayın əvvəlində tabeliyində olan əməkdaşların əvvəlcədən müəyyən edilmiş şirkət qaydaları çərçivəsində rut fəaliyyətini planlamaq və həftəlik nəticələr barədə məlumatlandırmaq;
– Mütəmadi olaraq öhdəliyində olan mağazaları ziyarət etmək, mağazadakı şirkət əməkdaşlarının fəaliyyətini izləmək, ehtiyac olduqda tabeliyindəki işçilərə müvafiq tapşırıqlar vermək.
Tələblər:
– Yaxşı səviyyədə rus dili biliyi (ingilis dili biliyinin olması arzuolunandır);
– Liderlik qabiliyyəti;
– Şəxsi avtomobilin olması mütləqdir.
Təminatlar: 
– Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərcləri qarşılanır;
– Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Müraciət qaydaları: CV-nizi cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Böyük merçendayzer” yazıb göndərməklə müraciət edilir.

Tarix: / Foodinfo