AQTA sədri Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı Forumunda iştirak edib

Dekabrın 11-də Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı Forumunda iştirak edib. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov və Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirlinin iştirak etdiyi tədbirdə çıxış edən Q.Təhməzli Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verib.

Bildirib ki, Agentlik qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, bu sahədə şəffaflığa nail olmaq, pərakəndəliyi və təkrarlanmaları aradan qaldırmaq və sahibkarlar üçün daha əlverişli biznes mühiti formalaşdırmaq məqsədi ilə yaradılıb.

Qoşqar Təhməzli çıxışında qeyd edib ki, Azərbaycan və Türkiyə arasında qida və kənd təsərrüfatı məhsulları üzrə ticarət əlaqələrinin genişləndirilməsi məqsədi ilə iki ölkənin müvafiq qurumları arasında səmərəli əməkdaşlıq qurulub. Qarşıdakı illərdə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi arasında üçtərəfli əməkdaşlıq platformasının yaradılması nəzərdə tutulur.

Bu platforma Türkiyə Respublikası ilə ticarət əlaqələrinin daha da genişləndirilməsi, kənd təsərrüfatı və qida məhsullarının idxalı və ixracının asanlaşdırılması məqsədi ilə iki ölkənin səlahiyyətli qurumları tərəfindən aparılan obyektlərin qeydiyyatı, sertifikatlaşdırma və qiymətləndirmə nəticələrinin qarşılıqlı tanınmasını təmin edəcək.

На данном изображении может находиться: 19 человек

На данном изображении может находиться: 4 человека, свадьба и костюм

На данном изображении может находиться: 1 человек, костюм

На данном изображении может находиться: 3 человека, люди стоят и в помещении

Tarix: / Foodinfo