“Veysəloğlu” karyera sərgisində iştirak edib

Azərbaycan Respublikası Gənclər Fondunun, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Gənclər və İdman nazirliklərinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə yüzlərlə gəncin və bütün könüllü təşkilatlarının təmsil olunduğu Azərbaycan könüllülərinin həmrəylik festivalı keçirilib.

Bakı Konqres Mərkəzinin foyesində ölkəmizdə könüllülük hərəkatına dair stendlər quraşdırılıb, 70-dək şirkətin iştirakı ilə əmək yarmarkası təşkil olunub.

İştirakçı şirkətlərdən biri olan “Veysəloğlu” Şirkətlər Qrupunun nümayəndələri şirkətin fəaliyyət istiqaməti, şirkətdəki mövcud vakansiyalar və təcrübə proqramları haqqında festival iştirakçılarına ətraflı məlumat verib və  müraciət edən namizədlərin CV-lərini dəyərləndirmək üçün qəbul ediblər.

Qeyd edək ki, hər zaman tələbələrin karyera sahəsində daha yüksək nailiyyətlər əldə etməsinə diqqətlə yanaşan “Veysəloğlu” Şirkətlər Qrupu daimi olaraq karyera və əmək yarmarkalarında iştirak edir və gənclərin işlə təmin edilməsi istiqamətində addımlar atır.

Tarix: / Foodinfo