Bu ölkədə çörək bahalaşdı

Bu gündən etibarən Gürcüstanda çörəyin qiyməti 10-15 tetri bahalaşıb.

Buna səbəb prezident seçkiləri öncəsi unun qiymətində artımın olmasıdır.

Çörəkbişirmə müəssisələrinin nümayəndələri bildirib ki, seçkiöncəsi dövrdə çörəyin qiyməti süni olaraq saxlanılırdı.

Gələcəkdə çörəyin qiymətinin yenidən bahalaşması istisna olunmur. (Report)