Təyyarələrdə su içməyin: səbəbi var

Foodinfo:

Hanter kollecinin Qida Polisi Mərkəzi 11 aviaşirkətin təyyarəsində qidaların tərkibini yoxlayıb və suyun çirkli olduğunu müəyyən edib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, araşdırmanın nəticələri Fox News-da yayımlanıb.

“Təyyarələr eniş etdikdən sonra heç kim onu təmizləmir. Eyni zamanda, su çənləri təmizlənmir. Çənin təmizlənməsi üçün vaxt çatmır. Çənlər hər istifadədən sonra ağzınacan doldurulur. Gün ərzində çənin dibinə yatan qalıqlar isə suda qalır” – deyə qida eksperti Çarlz Platkin açıqlayıb.

O qeyd edib ki, aviaşirkətlərin qaydalarına görə, çənlər ildə 4 dəfə təmizlənir. Buna görə də, insanlar bağırsaq çöpü xəstəliklərinə yoluxa bilər. Ekspert təyyarələrdə təklif edilən içkiləri içməməyə çağırır. Alimlər təyyarəyə minən zaman antiseptiklər götürməyi də məsləhət görür.

Bununla yanaşı, təyyarələrdə oturacaqların ön ciblərindən istifadə etməmək də məsləhət görülür. Ekipaj üzvlərinin sözlərinə görə, təmizləmə zamanı bu yerlər təmizlənmir və bura sərnişinlər çirkli salfetlərdən tutmuş, alt paltarına kimi hər şey qoyurlar.