Bakıda nə qədər qida, içki məhsulları istehsal olunub?

Foodinfo:

Cari ilin yanvar-oktyabr aylarında Bakıda qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı sahələrində 832 milyon manatlıq məhsul istehsal edilib.

Foodinfo Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 75,8 faiz, içki istehsalında 7,7 faiz artım, qida məhsullarının istehsalında isə 11,3 faiz azalma müşahidə olunub.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sahələrin əsas məhsullarından şirin peçenye 42,6 faiz, içli sair şokolad şirniyyat məmulatları isə 49,6 faiz artıb.