Azərbaycan məhsulları Nigeriyada satışa çıxarılıb

Foodinfo:

Nigeriyanın prestijli “La Pounte” supermarketində “Made in Azerbaijan” brendi ilə Azərbaycan məhsullarının satışına başlanılıb.

Bu barədə Nigeriyada Azərbaycanın Dostları Təşkilatının rəhbəri Billurə Bayramova-Bernard deyib.

Qeyd edək ki, Azərbaycan məhsulları xarici bazarlarda “Made in Azerbaijan” brendi ilə satışa çıxarılır. Məqsəd “Made in Azerbaijan” brendini xarici bazarlarda təşviq etməkdir. (Azərtac)