Marketlərdə sellofan torbalar pullu olacaq

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi gələn ildən başlayaraq ticarətdə plastik torbaların ödənişli olması ilə bağlı müvafiq işlər görür və yaxın zamanda ölkədə birdəfəlik istifadə olan 20 mikrona qədər plastik torbaların istifadəsinin qadağan olunması nəzərdə tutulur”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji marifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva bildirib.

Umayra Tağıyeva qeyd edib ki, kiçik polietilen torbaların marketlərdə ödənişli olması nəzərdə tutulub. Onun sözlərinə görə, bu qaydanın tətbiq edildiyi ölkələrdə polietilen torbalardan istifadə xeyli azalıb.

“Düşünürük ki, bu addımlar problemin həlli istiqamətində irəliləyişin əldə olunmasına, atmosfer havasının əlavə çirklənməməsinə və insan səhəti üçün yarana biləcək fəsadların azaldılmasına gətirəcək. Hər bir insanın təmiz ətraf mühitdə yaşamaq hüququ varsa, deməli heç bir insanın da bu ətraf mühiti çirkləndirmək hüququ yoxdur”. (Marja)

Tarix: / Foodinfo