AQTA: Heç bir xəstədə qida zəhərlənməsi aşkar edilməyib

Qazax rayonu M.Əsədov küçəsi ev 8 ünvanında yaşayan bir ailənin 4 üzvü 28 noyabr 2018-ci il tarixində qida zəhərlənməsi şikayəti ilə Qazax Müalicəvi Diaqnostika Mərkəzinə yerləşdirilmişdi. Xəstələr tam müayinədən keçirilib və onlara ilkin yardım göstərilərkən heç bir xəstədə qida zəhərlənməsi aşkar edilməyib.

Bu barədə Foodinfo.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinindən məlumat verilib

Bildirilib ki, Ailəyə məxsus evin 1-ci mərtəbəsində qızdırıcı sistem olduğu və xəstələrin səhhətinin pisləşməsinə dəm qazının səbəb olduğu müəyyən edilib. Rayon xəstəxanasının həkimlərinin rəylərinə və müayinələrnəticələrində hadisənin qida zəhərlənməsi olmadığı müəyyən edilib.