Restoranlarda verilən qurbağa əti ilə bağlı AÇIQLAMA

Bakıda restoranlarında müştərilərə təklif edilən qurbağa ətindən hazırlanan yeməklər Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılmır.

Bakı şəhərində fəaliyyət göstərən restoranlarda qızardılmış qurbağa ayaqları satılır. Restoranda 22-26 manata təklif olunan qızardılmış qurbağa ayaqları ölkəmizə Fransadan gətirilir.
Qida Təhlükəsizliyi Agentliyi ölkəmizə xaricdən gətirilən qurbağa ətinin ekspertizasını bu zamana qədər həyata keçirməyib.
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, bu qida ilə bağlı şikayət daxil olsa o zaman agentlik yoxlamalara başlayacaq:
“Bu günə qədər qurbağa əti ilə bağlı Agentliyə hər hansı bir şikayət daxil olmayıb. Ancaq növbəti ildən qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərdə aparılması nəzərdə tutulan yoxlama planına uyğun olaraq bununla bağlı hər hansı fakt aşkar olunarsa, qanunvericilikdə nəzərdə tutulan qaydada tədbirlər həyata keçiriləcəkdir. İstehlakçılar bu və ya digər qida məhsulları ilə bağlı hər hansı şikayətləri olarsa Agentliyin 1003 Qaynar xəttinə zəng edib, məlumat verə bilər”. (Unikal.org)

Tarix: / Foodinfo