“Veysəloğlu” bu vəzifəyə işçi axtarır!

Veysəloğlu Şirkətlər Qrupu vakansiya elan edib

Vəzifə: Nəqliyyat Departamentinin Müdiri
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 5 il
Təhsil: Nəqliyyat sahəsi üzrə ali təhsil
Yaş həddi: 35-50
İşin Təsviri: Nəqliyyat Departamenti daxilində bütün fəaliyyət və funksiyaları idarə etmək.

Vəzifə öhdəlikləri:
– Nəqliyyat bölməsinin işini ümumi müəssisə strategiyasına sinxronlaşdırılmasının təmin edilməsi;
– İllik nəqliyyat büdcəsinin planlanması, büdcə limitləri çərçivəsində səmərəli şəkildə istifadə edilməsi;
– Gündəlik çatdırılma fəaliyyətinin səmərəli şəkildə təmin olunması məqsədilə resursların və işlərin effektiv planlaşdırılması və həyata keçirilməsi;
– Satınalma strukturuna nəqliyyat üçün materialların, təchizat və avadanlıqların satın alınmasının tövsiyə edilməsi və səmərəliliyin təmin edilməsi üçün əlaqədar təkliflərin verilməsi;
– Qabaqcıl texnologiyaları tətbiq etməklə nəqliyyat sisteminin gələcək fəaliyyətinin təkmilləşdirilməsi;
– Departament əməkdaşlarının effektiv fəaliyyətinin təmin olunması;
– Nəqliyyat Departamentinə işə qəbul üzrə müraciət edən namizədlərin ixtisaslarının nəzərdən keçirilməsi və seçim üçün tövsiyələrin verilməsi.
Tələblər:
– Nəqliyyat üzrə (logistika, ticari daşımaçılıq) rəhbər vəzifələrdə ən azı 5 il iş təcrübəsi;
– Ölkədaxili və ölkəxarici logistika, distribusiya və təchizat sahələrinin mövcud vəziyyəti barədə məlumatlılıq;
– Analitik düşünmə bacarığı və statistik göstəricilərlə işləmə qabiliyyəti;
– Liderlik qabiliyyəti;
– Rus və ingilis dili biliyi;
– MS Office proqramları biliyi.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
– Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Nəqliyyat Departamentinin Müdiri” yazmaqla CV göndərərək müraciət edilir.