Bunlar pəhriz qidalanmasında mühüm rol oynayırlar

Amin turşuları zülal molekullarından ibarət olan sadə maddələrdir. Zülallar bağırsaqda qidanın həzmi prosesində amin turşularına parçalanırlar. Qida zülallarının tərkibinə 20 dək amin turşusu daxildir.

Amin turşuları əvəz oluna bilən və əvəz oluna bilməyən növlərə ayrılır. Əvəz edilə bilməyən amin turşularının mənbəyi əsasən heyvan mənşəli məhsullardır. Onlar bitki mənşəli qida məhsullarında azlıq təşkil edir (kartof, düyü, paxlalı bitkilər istisnadır).

Bəzi amin turşuları eyni zamanda maddələr mübadiləsində də iştirak edir. Həmin turşular (məs. metionin) pəhriz qidalanmasının strukturunda mühüm rol oynayırlar.