“Veysəloğlu” aşpaz axtarır

Veysəloğlu Şirkətlər Qrupu vakansiya elan edib.

Foodinfo.az xəbər verir ki, şirkət Entree Azərbaycan MMC-ə baş aşpaz axtarır.

İş yeri: 28 May filialı
İş təcrübəsi: 3-5 il
Yaş həddi: 25-40

İşin Təsviri: Reseptləri öyrənmək, menyular qurmaq və yüksək keyfiyyətli yeməklər hazırlamaq. Sanitariya qaydaları və gigiyena nomativlərinə əməl edilməsini təmin etmək.

Vəzifə öhdəlikləri:
– Müxtəlif növ yüksək keyfiyyətli yeməklər hazırlamaq;
– Aşpazlara nəzarət etmək və gərəkli olduqda kömək etmək;
– Yeməklərin vaxtında və tələb edilən keyfiyyətə uyğun hazırlanmasını təmin etmək üçün mətbəx işçilərinə tapşırıqlar vermək;
– Qabaqcıl bişirmə texnikaları və qeyri-ənənəvi ərzaq məhsulları ilə təcrübələr həyata keçirmək.

Tələblər:
– Mətbəxdə istifadə edilən avadanlıqların düzgün və təlimatları üzrə istifadə qaydalarını bilməli;
– Məhsullardan hazırlanan yarımfabrikatların keyfiyyətinə qoyulan tələbləri bilməli;
– Xammal və məhsulların kulinar emalı qaydalarını bilməli;
– Ərzaqların saxlama müddətlərini və şərtlərini bilməli;
– Hazırlanmış məhsulların düzgün saxlanma qaydalarını bilməli;
– İşgüzar ünsiyyət və peşə etiketi qaydalarına əməl etməli;
– İş saatlarında çevik olmalı, gərgin iş qrafikində dəqiq və səmərəli işləməli;
– Səliqəli görkəmə və gigiyenik təmizliyə riayət etməli;
– Rus və ingilis dili biliyi;
– Xanım namizədlərə üstünlük veriləcəkdir.

Təminatlar:
– Nahar ilə təmin edilmə.

İş qrafiki: 07:00 – 15:00

Əlaqə nömrəsi: 055 505 91 51

Müraciət qaydaları: CV-ni hr@entree.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Baş Aşpaz” yazıb göndərməklə müraciət edilir.

На данном изображении может находиться: 1 человек, сидит, ест, еда и текст

Tarix: / Foodinfo