Quş əti idxalı və satışı ilə bağlı RƏSMİ açıqlama

Foodinfo:

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) quş əti idxalı və satışı ilə bağlı məsələyə aydınlıq gətirib.

Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, son günlər AQTA tərəfindən ölkəyə quş əti və yumurtanın idxal olunması, eyni zamanda diri quş satışının qadağan olunması ilə bağlı yanlış məlumatlar yer alıb.

Qurum bildirir ki, yayılan bu cür məlumatlar reallıqdan uzaqdır və həqiqəti əks etdirmir:

“AQTA idxal olunan qida məhsullarının qida təhlükəsizliyi baxımından ekspertizasını və bu sahədə dövlət nəzarətini həyata keçirir”.

Bildirilir ki, ötən həftə Azərbaycan Quşçular Cəmiyyətinin üzvləri ilə keçirilmiş görüşdə, ölkə ərazisində müvafiq sahə üzrə qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq standartların tətbiqi və inkişaf etdirilməsi, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində birgə bəyanat qəbul olunub və bu istiqamətdə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.