Qida Təhlükəsizliyi Agentliyində görüş keçirilib

Foodinfo:

Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Dünya Ticarət Təşkilatına (DTT) üzvlüklə bağlı danışıqlarda “Dəstək və potensialın gücləndirilməsi” layihəsi çərçivəsində layihənin rəhbəri Marius Bordalba ilə görüş keçirilib.

Agentliyin mətbuat xidmətindən Foodinfo.az-a verilən məlumata görə, görüşdə AQTA sədrinin müşaviri Məmmədrəhim Nəcəfov tədbir iştirakçılarını agentliyin fəaliyyət istiqamətləri və qarşıya qoyulan vəzifələr barədə məlumatlandırıb.

Dünya Ticarət Təşkilatına üzvlüklə bağlı danışıqlarda “Dəstək və potensialın gücləndirilməsi” layihəsi çərçivəsində bir sıra qanunvericilik aktlarının

uyğunlaşdırılması çərçivəsində danışıqlar aparılıb, “Sorğu Mərkəzi”nin (SPS Enquiry Point) aidiyyəti üzrə AQTA-da təsis olunması müzakirə edilib.