Azərsun sosial aksiya keçirib

Xəzər rayon İcra Hakimiyyəti və Azərsun Holdinqin birgə təşkilatçılığı ilə Qala qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

“Azərsun Holdinq” şirkəti tərəfindən istehsal olunan “Zeytun bağları” markasanının bilavasitə iştirak etdiyi tədbir zamanı qəsəbə ərazisində 500-dən artıq zeytun ağacı əkilib. Ağacəkmə aksiyasında Xəzər rayon İcra Hakimiyyətinin rəsmiləri, Azərsun Holdinqin əməkdaşları və xidmət sahələrinin rəhbərləri ilə yanaşı, rayon idarə, təşkilat kollektivləri,  ümumilikdə 100 nəfərdən artıq insan iştirak edib.

Hər kəs tərəfindən bəyənilən  “Zeytun bağları”  markası ölkəmizin müxtəlif ərazilərində minlərlə zeytun ağacının əkilərək, həmin yerlərin yaşıllaşdırılmasında  müstəsna rol oynayır. Bundan əlavə, bu milli markamız yüksək keyfiyyəti ilə xarici bazarlarda da rəğbətlə qarşılanır və  Abşeron zeytunun bütün dünyaya tanıdılmasına böyük töhvə verir.

Qeyd edək ki, mütəmadi olaraq ağacəkmə aksiyalarına qoşulan və ekoloji layihələrdən kənarda qalmayan “Azərsun Holdinq”in gələcəkdə də bu tipli işlərə yaxından dəstək verəcəyi bildirilib.

Tarix: / Foodinfo