“Veysəloğlu” tibb bacısı axtarır!

Veysəloğlu Şirkətlər Qrupu vakansiya elan edib.

Foodinfo.az xəbər verir ki,şrikətlər qrupu tibb bacısı axtarır. Maraqlanan şəxslər müraciət edə bilərlər.

İş yeri: Abşeron rayonu, Məhəmmədi kəndi
İş təcrübəsi: 1-3 il
Təhsil: Tibbi təhsil (Orta ixtisas təhsili)
Yaş həddi: 23-35 yaş

İşin Təsviri: Həkiməqədər tibbi yardımı göstərmək və həkim təyinatının yerinə yetirilməsini təmin etmək.

Vəzifə öhdəlikləri:
– Tibbi alətlərin, sarğı materiallarının və xəstələrə qulluq predmetlərinin
sterilizasiyasını həyata keçirmək;
– Həkim təyinatının yerinə yetirilməsini təmin etmək;
– Dərman vasitələrinin qeydiyyatını, saxlanılmasını,
istifadəsini həyata keçirmək, o cümlədən dərman vasitələrinin qalığına nəzarət etmək;
– Sanitariya-gigiyenik rejimə, aseptika və antiseptika qaydalarına, alət və
materialların sterilizasiya şərtlərinə, inyeksiyadan sonrakı fəsadların, hepatitin, İİV
infeksiyasının qarşısının alınmasına riayət edilməsi üzrə tədbirləri həyata keçirmək.

Tələblər:
– Tibbi deontologiyanı bilmək;
– Tibb bacısının iş prinsiplərini bilmək;
– MS Office proqramlarını bilmək arzuolunandır.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
– Nahar ilə təmin edilmə.
İş qrafiki: Növbəli iş qrafiki

Müraciət qaydaları: CV-nizi cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Tibb bacısı” yazıb göndərməklə müraciət edə bilərsiniz.