2 tona yaxın ölmüş heyvan əti restoranlara paylanacaqdı (FOTO)

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının Abşeron rayonunda keçirdiyi növbəti reyd zamanı 2 tona yaxın mənşəyi məlum olmayan ət aşkarlanıb.

Jurnaliastlər Güzdək qəsəbəsində qeyri-qanuni, mənşəyi məlum olmayan ətlərin kəsimi ilə məşğul olan sexdə həyata keçirilən reydi yaxından izləyib.

AQTA əməkdaşlarının ilkin versiyasına görə, bu ətlər ölmüş heyvanların ətidir və iaşə obyektlərinə göndərilməsi üçün kəsilib. (Real TV)