Müstəqillik qazanılan gündən Azərbaycanda hansı şirkətlər açılıb?

Neft sənayesinin yarandığı məkan kimi tanınan Azərbaycan, müstəqillik qazandıqdan sonra sürətlə inkişaf etmişdir. Neft və qaz sənayesi inkişaf etdikcə bu sahədən əldə edilən gəlir, ölkənin təhsil və biznes sahələrinin inkişafına yönəldilir. Bununla yanaşı, qeyri-neft sektoru da inkişaf etmişdir. Müstəqil Biznes məsləhəti (konsaltinq) sahəsinin inkişafı şirkətlərdə iş keyfiyyətinin yaxşılaşdırılmasına, ümumiyyətlə biznes subyektlərində fəaliyyət effektivliyinin təkmilləşdirilməsinə və əməyin individual səmərəliliyinin artırılmasına yönəlmişdir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra yaranan neft sektoru və qeyri-neft sektoru şirkətləri haqqında, həmçinin həmin şirkətlərin bazardakı gücü,gördükləri işlər haqqında məlumat öz əksini tapmışdır. Bazarda ilk Konsaltinq şirkətinin fəaliyyətə başlaması və göstərdiyi xidmətlər haqqında geniş şəkildə məlumat verilmişdir. Həmin şirkətləri nəzərinizə çatdırırıq:

Paşa Holdinq – sığorta, bankçılıq, səyahət və turizm, tikinti-inşaat və digər biznes sahələrində çalışan şirkətdir. 1 noyabr 2006-cı il tarixdən fəaliyyət göstərən şirkət işini beynəlxalq biznes standartları – effektiv menecment, korporativ idarəetmə və düşünülmüş investisiya qərarları əsasında qurur. Holdinqin investisiya portfeli iki növ yatırımlar əsasında qurulub: Holdinq, ona məxsus şirkətlərdə nəzarət iştirak payına və digər biznesdə minoritar səhmlər payına sahibdir.

Azersun Holding – 1991-ci ildən Azərbaycanda fəaliyyətə başlamışdır. Qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir. Qida sektorunda, Azərbaycanı istehsalçı və ixracatçı ölkə halına gəlməsində böyük rol oynayan “Azersun Holding”, tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potensialı ilə yanaşı geniş ixracat şəbəkəsinə sahibdir. Şirkət sahib olduğu idarəçilik prinsipləri, müştəri məmnuniyyəti, keyfiyyət təminatı, sosial məsuliyyət layihələri və ətraf mühiti qoruma prinsipləri ilə xalqa xidmət etməkdədir.

Fəaliyyətə başladığı gündən etibarən, bir ölkənin inkişafı üçün sadəcə iqtisadiyyatla bağlı atılan addımların kifayət qədər olmadığına inanan “Azersun Holding”, həyata keçirilən iqtisadi layihələrin bəşəriyyətin mədəniyyət toplusuna və sosial həyat vərdişlərinə söykənmədən, ondan ilham almadan onu dəstəkləməsə lazımi şəkildə reallaşmayacağına inanır. Bu dəyərli mirasın ərsəyə gəlməsi, qorunması və gənclərə ötürülməsi yönündə “Azersun Holding”, öhdəsinə götürdüyü missiyanı dünən olduğu kimi bu gün də eyni həyəcanla yerinə yetirməkdədir.

Azpetrol – 1997-ci il iyulun 15-də Bakı şəhərində ilk yanacaqdoldurma məntəqəsinin istismara verilməsi ilə Azərbaycanın iqtisadi məkanına daxil olan “Azpetrol Ltd” MMC-nin əsas fəaliyyəti, yanacağın pərakəndə və topdan satışını yanacaqdoldurma və qazdoldurma məntəqələri şəbəkəsi vasitəsilə həyata keçirməkdən ibarətdir. Hazırda şirkətin Azərbaycanın əksər iqtisadi zonalarını əhatə etməklə, ən müasir avadanlıqlarla təchiz olunmuş 83 yanacaqdoldurma (YDM) və 5 qazdoldurma məntəqəsi (QDM) fəaliyyət göstərir.

Yanacağın keyfiyyətinin yaxşılaşdırılması və məntəqələrin fasiləsiz yanacaqla təmin edilməsi məqsədilə, 1999-cu ildə “Azpetrol”un müasir standartlara cavab verən Neftbazası istifadəyə verilmişdir. Neftbaza Avropanın qabaqcıl ölkələrində istehsal olunmuş elektron avadanlıqlarla, yanğından mühafizə, təhlükəsizlik və yanacağın keyfiyyətinə nəzarət sistemləri ilə təchiz edilmişdir.

Şirkət yanacağın YDM və QDM-lərə fasiləsiz olaraq və vaxtında çatdırılması məqsədi ilə 1999-cu ildə yanacaqdaşıyan maşınların Avtoparkını istismara vermişdir. Beynəlxalq standartlara uyğun təşkil olunmuş həmin Avtoparkda 120 yanacaq daşıyan avtomobil istənilən vaxt yola çıxmağa hazırdır.

“Azərbaycan Hava Yolları” (AZAL) – “Azərbaycan Hava Yolları” QSC Azərbaycanın ən iri aviaşirkəti, milli aviadaşıyıcısıdır. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) üzvüdür. AZAL-ın qərargahı Azərbaycan Respublikasının paytaxtı – Bakı şəhərində yerləşir. 7 aprel 1992-ci il tarixdə təsis edilmişdir və ölkə müstəqillik əldə qazandıqdan sonra yaradılmış ilk milli aviaşirkətdir.Aviaşirkətin baza hava limanı, Heydər Əliyev Beynəlxalq Hava limanı, Bakı şəhərindən 20 km şimal-şərqdə yerləşir. Şirkət Avropa, MDB, Şimali Amerika, Yaxın Şərq və Asiya ölkələrinə sərnişin daşımalarını həyata keçirir.

Azərbaycanda ilk konsaltinq şirkəti “BSC Group” – 20 ildən çoxdur ki, peşəkar komandası ilə bilik və təcrübələrini müştərilərinə təqdim edən “Business Service Centre” MMC ilk fəaliyyətə başladığı zamanlarda əməkdaşlıq etdiyi şirkətlərə günümüzdə də kompleks şəkildə xidmət göstərir.

1997-ci ildən hüquq, maliyyə, mühasibatlıq və insan resurları xidmətləri ilə Azərbaycanda ən tanınmış brend şirkətlərin etibarını qazanmışdır. Müxtəlif fəaliyyət sahəsindən olan müştərilərin bizneslərinə göstərdiyi konsaltinq xidməti nəticəsində bir çox şirkətin uğurlarında “BSC Group”un töhfəsi xüsusi olmuşdur. Məhz bunun məntiqi nəticəsində məmnun müştərilərin məsləhəti ilə “BSC Group” bir çox yeni müştərilərin etibarını da qazana bilmişdir. Hal-hazırda təyinat və mürəkkəblik dərəcəsi fərqli olan 50-dən artıq şirkətlə uğurla əməkdaşlıq edir.

Şirkət rəhbərliyinin korporativ idarəçilik prinsiplərinə verdiyi önəmi nəticəsində, şirkət İSO 9001:2000 beynəlxalq keyfiyyət sertifikatına layiq görülmüş və təklif etdiyi xidmətlərin tam beynəlxalq standartlara cavab verməsini təmin etmişdir.

Azərbaycan Respublikası müstəqillik qazandığı ildən başlayaraq iqtisadi artım sürəti MDB üzrə orta göstəricidən xeyli yüksək olmuşdur. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilən strateji kurs, Azərbaycanı zirvələrə doğru gedən ölkələr qrupunda öncül mövqeyə çıxarmışdır.

BSC Consultıng & outsourcıng company

Tarix: / Foodinfo