“Veysəloğlu” bu vəzifəyə işçi axtarır

 “Veysəloğlu” Şirkətlər Qrupu vakansiya elan edib.

Vəzifə – İxracat üzrə texniki işlər mütəxəssisi
İş yeri – Bakı şəhəri
İş təcrübəsi: 2-5 il
Təhsil: Ali təhsil

İşin Təsviri: İxracat prosesinin sənədləşdirilməsini həyata keçirmək üçün ixracat sənədlərinin hazırlanması.

Vəzifə öhdəlikləri:
– İxracat sifarişlərini müvafiq proqram təminatına işləmək;
– Hesab-faktura və keyfiyyət sertifikatlarını yoxlanmasını və imzalanmasını təmin etmək;
– Hasilat norması, müqavilə, hesab-faktura, keyfiyyət, uyğunluq, gigiyenik sertifikatlarını və gömrüyə qədər toplanması lazım olan digər sənədləri toplamaq;
– Toplanmış sənədləri vaxtında brokerə təqdim etmək;
– Nəqliyyat vasitəsi gömrükləndikdən sonra gömrük inspektorundan sənədlər toplusunu alıb, elektron formada şöbə müdirinə göndərmək;
– Korporativ prosedurlar çərçivəsində rəhbərləri tərəfindən verilmiş digər yazılı və şifahi tapşırıqları icra etmək.

Tələblər:
– MS ofice proqramları biliyi;
– Rus dili və ingilis dili biliyi.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
– İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
– Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük

Müraciət qaydaları: CV-nizi cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “İxracat üzrə texniki işlər mütəxəssisi” yazıb göndərməklə müraciət edilir.

Tarix: / Foodinfo