Ölkədə yumurta qıtlığı var?

“Hazırda Azərbaycanda yumurtaya tələbat digər vaxtlarla müqayisədə 5-6 dəfə çoxdur”.

Bunu Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev ölkədə yumurta qıtlığının olması barədə iddialara münasibət bildirərkən deyib.

“Tələbatın kəskin artması mövsümi xarakter daşıyır. Bu kimi hallar ildə 2dəfə olur. Ara-sıra həm yumurtaya, həm də quş ətinə kəskin tələbat yaranır. İstehsal həcmi isə eyni səviyyədə qalıb. Hazırda onun artırılması istiqamətində iş aparılır”, – cəmiyyətin sədri qeyd edib. (Report)

Tarix: / Foodinfo