“Grandmart” alkoqollu içkilərin satışına başladı

Məşhur marketlər şəbəkəsi olan “Grandmart” alkoqollu içkilərin satışına başlayıb. Foodinfo.az-ın xəbərinə görə, marketlər şəbəkəsinin mağazalarında pivə, şərab və araq satılır.

Marketlər şəbəkəsinin rəsmi saytında isə “Uşaqlarımız bizim gələcəyimizdir. Onların sevinci bizim sevincimiz, acısı acımızdır. Onların inkişafı, rifahı, və ən önəmlisi sağlamlığı bizim üçün ən başlıca amillərdən biridir. Biz də “Grandmart” olaraq üzərimizə düşəni edirik və bütün bunları nəzərə alaraq mağazalarımızda spirtli içkilərin və tütün məmulatlarının satışına hələ şirkətimiz yaranandan qadağa qoymuşuq. Sağlam nəsil və sağlam gələcək naminə!” formasında elan da yer alıb.

“Grandmart” marketlər şəbəkəsi fəaliyyətə başalayandan onu mağazalarında tütün məmulatları və spirtli içkilər satılmırdı. Spirtli içkilərin satışa buraxılmasının isə səbəbi məlum deyil.

Kərim

Tarix: / Foodinfo