“Qoç ət” restoranında yanğın olub

Fövqəladə Hallar Nazirliyi “Qoç ət” (FHN) restoranında baş verən yanğınla bağlı məlumat yayıb.

Foodinfo.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Yasamal rayonunda (metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında) dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 100 kvadratmetr olan restoranın mətbəxinin taxtadan ibarət tavanı 4 kvadratmetr sahədə və havatəmizləyici qurğuda yağ qalıqları yanıb.

Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.