“Gilan Holding” doğranmış kartof ixrac edəcək

“Made in Azerbaijan” brendinin təşviqi məqsədilə inşaat və tikinti materiallarının, qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 29 şirkətin Qazaxıstana ixrac missiyası çərçivəsində Azərbaycanın “Şərq ulduzu” və “Merit Brand” şirkətləri Qazaxıstan şirkəti ilə spirtli içkilərin ixracına dair razılığa gəliblər.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Foodinfo.az-a bildiriblər ki, “Gilan Holding” Qazaxıstanın “Furkan” supermarketlər şəbəkəsinə doğranmış kartofun və “Mia” alkoqolsuz içkisinin satışına dair razılıq əldə edib.

Qazaxıstana təşkil edilmiş ixrac missiyasına daxil olan “Azersun Holdinq” məhsullarının ixracına dair Qazaxıstanın “İPE Haldakov” ,”Rokos” ,”Taks” ,”Firkan” şirkətləri danışıqlar aparıb.

Qeyd edək ki, 30 sentyabr – 5 oktyabr tarixlərini əhatə edən ixrac missiyası Qazaxıstanın Almatı və Çimkent şəhərlərinə təşkil edilmişdi.

Tarix: / Foodinfo