“Veysəloğlu” yeni vakansiya elan edib

Veysəloğlu Şirkətlər Qrupu növbəti vakansiya elan edib

Vəzifə: Texniki ofis mühəndisi (Tikinti/inşaat)

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 1-3 il
Təhsil: Ali təhsil
Yaş həddi: 24-40

İşin Təsviri: Podrat müqavilələrinin tərtibatı və hazırlanması. Təhvil-təslim sənədlərini və ödəniş üçün müvafiq qeydləri təmin etmək. Bütün lazımlı metraj işlərini həyata keçirmək. Aylıq fəaliyyət məruzələrinin hazırlanmasını təmin etmək. İş proqramı və planlaşdırma fəaliyyətlərinə nəzarət etmək.

Vəzifə öhdəlikləri:

– Podrat müqavilələrini hazırlamaq, smeta sənədlərini yoxlamaq, təhvil aktlarını tərtib etmək, görülmüş işlərin dəyərini hesablamaq və uçotunu aparmaq;
– Tikintidaxili titul siyahılarına baxılması və yoxlanılmasında iştirak etmək;
– Sifarişçidən alınmış smeta sənədlərinin yoxlanmasını həyata keçirmək;
– İşlərin mərhələlər üzrə icra olunmasına aid cədvəlləri tərtib etmək;
– Limitləri qoyulmuş xərcləri əlavə etməklə, yerinə yetirilmiş işlərin dəyərəni hesablamaq;
– İcra olunmuş və sifarişçinin ödədiyi tikinti-quraşdırma işlərinin uçotunu aparmaq;
– İcra olunmuş işlərin nəzarət məqsədi ilə ölçülməsində iştirak etmək;
– Məxaric smetalarını tərtib etmək və lazım gəldikdə onları sifarişçi ilə razılaşdırmaq;
– Arbitrajda baxılması üçün iddia sənədlərinin hazırlanmasında iştirak etmək;
– Təsərrüfat hesablı briqadalar üçün işlərin, materialların və mexanikləşdirmə üzrə xərclərin hesablanma dəyərini müəyyən etmək.

Tələblər:

– MS Office proqramları biliyi;
– Şəxsi avtomobilin olması mütləqdir.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:
– Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərclərilə qarşılanma;
– Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük

Müraciət qaydaları: cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Texniki ofis mühəndisi (Tikinti/inşaat)” yazmaqla CV göndərərək müraciət edilir.

Tarix: / Foodinfo