5 istehsalat istiqaməti üzrə qida məhsulları istehsal ediləcək

Bu ilin sonuna kimi Quba rayonunda “ABAD” Quba Factory istehsalat kompleksinin açılışı baş tutacaq.

Bu barədə ABAD-ın Marketinq və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Turanə Qasımova məlumat verib.

Onun sözlərinə görə, burada 5 istehsalat istiqaməti üzrə qida məhsulları istehsal ediləcək. Belə ki, kompot, quru meyvə, qənnadı, ət və süd məhsullarının istehsalı nəzərdə tutulub. Kompleksin ərazisində “ABAD” Gastro Village layihəsinin food-truck-ləri üçün park salınıb. Bu “food-truck”-lar (səyyar satış maşınları) vasitəsi ilə Azərbaycanın turistik baxımından əlverişli regionlarında dönər; burger; pizza; şirniyyat; “ABAD” etno-butiki istiqamətləri üzrə səyyar satış aparılacaq.

Qeyd edək ki, “ABAD” mərkəzləri tərəfindən ölkəmizdə dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələri həyata keçirilir. (SalamNews)