“OBA”da satılan ət məhsulları ilə bağlı AÇIQLAMA

OBA marketlər şəbəkəsində satılan ət, kolbasa məhsulları ilə bağlı məlumat yayılıb.

Foodnfo.az xəbər verir ki, OBA marketlər şəbəkəsi bildiri ki, burada əsas məqsəd istehlakçıların digər marketlərdə axtardıqları ucuz və keyfiyyətli ət və ət məhsullarını, onlara öz marka adlarımızla yüksək keyfiyyət və ucuz qiymətlə təqdim etməkdir OBA marketlər şəbəkəsində satılan dondurulmuş mal ətləri Ukrayna istehsalıdır. Burada heyvanlar türkiyəli mütəxəssislər tərəfindən tam islami qaydada kəsilir. Biz istehsalçıdan keyfiyyətə dair zəmanət, gigiyenik sertifikat və digər uyğunluq sertifikatlarını tələb edirik.

OBA marketlər şəbəkəsində satılan kolbasa və sosiska məhsulları Azərbaycanın aparıcı istehsal müəssisələrində, gigiyenik şəraitdə və halallıqla hazırlanır. “Sacüstü”, “Doktorskaya”, “Servelat” və digər sosiska və kolbasalarımız sizin ağız dadınıza uyğun hazırlanmışdır.

Bundan başqa, ət məhsulları siyahısına bütöv toyuq, toyuq filesi, budu və digər hissələri ayrı-ayrı satılır. Marketimizdə satılan toyuq ətləri yerli istehsaldır. “Cənub toyuqları” brendi adı altında satılan bu məhsullar süfrələrinizin bəzəyi olacaqdır.