Iştahı açır, qanda şəkər nisbətini azaldır

Turş dadı və qırmızı rəngi ilə yeməklərə, salatlara ləzzət və gözəl görünüş bəxş edən sumaqdan istifadə etmək insan orqanizmi üçün də xeyirlidir. Sumaq iştahı açır, qanda şəkər nisbətini azaldır, həzmlə bağlı problemləri aradan qaldırır

Dünyada 150-dən çox növü olan sumaqdan həm ədviyyat kimi, həm də tibb və boya sənayesində geniş istifadə olunur. Sumağın bəzi növlərini toplamaq zəhərlənməyə səbəb ola biləcəyindən onun yalnız mütəxəssislər tərəfindən toplanması tövsiyə olunur.

Sumaqdan eyni zamanda doşab, çay və digər içkilərin istehsalında da istifadə edilir.