AQTA-nın tətbiq etdiyi cərimənin yarısı bu sahəyə yönəldiləcək

Azərbaycanda baytarlıq, fitosanitar nəzarəti və yeyinti məhsulları sahəsində qanun puzuntuları ilə bağlı tətbiq ediləcək cərimələrin 50%-i bu sahə üzrə dövlət qurumları əməkdaşlarının sosial müdafiəsinə yönəldiləcək.

Həmin sahələr üzrə qanunların pozulmasına görə, İnzibati Xətalar Məcəlləsinə əsasən, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən tətbiq ediləcək cərimələrdən toplanan vəsaitin 50%-i bu qurumun öz hesabına köçürüləcək.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub. (Report)